Категория:Заглавная страница

Материал из Salam
Версия от 11:51, 24 апреля 2019; Admin (обсуждение | вклад) (Новая страница: «Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎‎; d. 13 rəcəb H.Q.t.-dən 22 və ya 16 il əvvəl — 21 ramazan 40; M. 23 oktya…»)
(разн.) ← Предыдущая | Текущая версия (разн.) | Следующая → (разн.)
Перейти к навигации Перейти к поиску

Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎‎; d. 13 rəcəb H.Q.t.-dən 22 və ya 16 il əvvəl — 21 ramazan 40; M. 23 oktyabr 598[5]/17 iyul 600[10], 20 sentyabr 601 və ya 17 iyul 607, Kəbə, Məkkə, Ərəbistan — 27 yanvar 661[6], Kufə, İraq, Ərəb Xilafəti) - Məhəmmədin əmisi oğlu[2], səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni[2]. 4-cü Raşidi xəlifə[2][11]. Əbu Talibin oğlu[2][11]. İslamı qəbul edən ilk kişi.[12][13] Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi[2][5]. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.[3]

Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir.[3] Atası Əbu Talib[2], anası isə Fatimə binti Əsəddir.[3] Əmisioğlu Məhəmməd[2] tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.[1][6][14][15][16]

Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur.[2] Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir.[2][17][18] 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.[19][20][21][22]

İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.[19][23][24]

Эта категория в данный момент пуста.